Ramiz Mehdiyevin istefası: BTB Bankın və AİLƏ TV-nin gələcəyi necə olacaq?

Ramiz Mehdiyevin istefası: BTB Bankın və AİLƏ TV-nin gələcəyi necə olacaq?

Hazırda oxunan: Ramiz Mehdiyevin istefası: BTB Bankın və AİLƏ TV-nin gələcəyi necə olacaq?

60251

Uzun illər dövlət orqanlarında yüksək vəzifələr tutmuş “boz kardinal”, PA-nın və AMEA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin böyük biznes və mülklərə sahib olması sirr deyil. Zaman-zaman ölkə mətbuatında dərc olunan məqalələrdə onun mülklərinin siyahısı, yaxud həmin “spisok”a əlavə etdiyi və ya satışa çıxardığı mülkləri ilə bağlı çoxsaylı məlumatlara rast gəlmək mümkündür.

Ölkə mətbuatında Ramiz Mehdiyevə və ailə üzvlərinə məxsus olduğu qeyd olunan şirkətlərin siyahısını təqdim edirik.

Qeyd edək ki, siyahıda göstərilən şirkətlərin əksəriyyətinin Mehdiyevlərə məxsus olması rəsmi mənbələrdə də öz əksini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Mehdiyevin oğlu da FHN-dən ÇIXARILIR? 


Mehdiyevin qızı Kamilə Əliyevanın İstiqlaliyyət küçəsində yerləşən mənzili iki şirkətin – “İnfonet” MMC və “Kaspian Telekom” MMC-nin hüquqi ünvanı olaraq göstərilir. Bu şirkətlər yaradılanda qeydiyyat orqanına ünvan sənədi kimi Kamilə Əliyevanın mənzilinin mülkiyyət sənədi təqdim olunub.

“Ailə TV” ticarət nişanı, Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən, “Caspian Telecom” MMC şirkətinə məxsusdur. Şirkətin saytında onun 1997-ci ildə təsis olunduğu yazılıb. Şirkət “Ailə TV” brendi ilə IP TV və kabel televiziyası, “Ailə NET” brendi ilə internet xidmətləri təqdim edir. 

“Skay Maks” MMC 6 mart 2007-ci il tarixində qeydiyyata alınıb. Bu şirkətin təsisçisi Ramiz Mehdiyevin qızı Kamilə Əliyevadır. Şirkət fiber optik texnologiya bazasında Ailə TV brendi altında kabel televiziyası yayımını, “Ailə NET” brendi altında internet xidmətlərini, “A Media” brendi altında reklam xidmətlərini Bakı və Gəncə şəhərlərində əhaliyə təqdim edir. Şirkət korporativ müştərilərə şəbəkə xidmətləri göstərən “Caspian Telecom” şirkətinə də sahibdir. 

Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi mövcuddur (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC.

Mehdiyevlər ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Grandezza” MMC də məxsusdur.

“Grandezza” ticarət mərkəzi Bakıda Nizami küçəsində (Torqovaya) 4-mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.

“Premium Store” MMC-nin birinci direktoru Səftər – Fikrət Əliyevin oğlu olub. Fikrət Əliyev keçmiş deputat – İlham Əli Səftər oğlu Əliyevin qardaşıdır. İlham Əliyev isə Ramiz Mehdiyevin kürəkənidir.

Ramiz Mehdiyevin ailə üzvlərinin Bank “BTB” ASC-nin əsas səhm sahibi olduğu heç kəsə sirr deyil.

Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilən “Şərq-Qərb” nəşriyyat Ramiz Mehdiyevin nəzarətinə keçib. Bildirilir ki, Ramiz Mehdiyev ilə Fatma Abdullazadə arasında dava məhz “Şərq-Qərb” nəşriyyatda olan yeyinti nəticəsində əmələ gəlib.

O da qeyd edilməlidir ki, Ramiz Mehdiyev PA rəhbəri olanda əksər dövlət kitablar məhz bu nəşriyyatda dərc edilirdi. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO