Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

Hazırda oxunan: Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

602380

Yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər.

Bu barədə Bizim.Media-ya Səhiyyə Naizrliyindən məlumat verilib.

Bildirilib ki, bu il Novruz və Ramazan bayramlarının eyni dövrə təsadüf etməsi səbəbindən qarşıdakı həftələrdə bayram şənliklərinin və müxtəlif kütləvi tədbirlərin keçirilməsi gözlənilir:
 

"Ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində vətəndaşlara kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyi, əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etməyi tövsiyə edir.


Eyni zamanda yaz mövsümündə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür.

Hər bir vətəndaş öz sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, həm özünü, həm də ətrafındakı insanları qorumalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO