FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT

Hazırda oxunan: FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT

60232

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar əhaliyə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Baş verən yanğınların təhlili onu göstərir ki, yanğınlar əksər hallarda insanların sadə təhlükəsizlik qaydalarına etinasız yanaşması və ya diqqətsizlik göstərməsi səbəbindən baş verir. Belə ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillərin nəticəsində müəyyən olunub ki, bəzən insanların elektrik enerjisi ilə çalışan və ilk baxışdan təhlükəsiz hesab olunan avadanlıqları, o cümlədən mobil telefonları, məişət cihazlarını, müxtəlif uşaq oyuncaqlarını enerji yığması üçün elektrik şəbəkəsinə qoşaraq nəzarət etməməsi, şəbəkəyə qoşulu vəziyyətdə fasiləsiz olaraq uzunmüddətli saxlaması sonda yanğınlara, acı nəticələrə gətirib çıxarır.
 

MÖVZU İLƏ BAĞLI:

Tovuzda elektrik stansiyasında yanğın söndürüldü 


Qeyd olunanları nəzərə alaraq, bir daha əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən elektrik enerjisi ilə çalışan avadanlıqları istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş qaydalara uyğun istismar etməyə, heç bir halda şəbəkəyə qoşaraq nəzarətsiz saxlamamağa çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO