Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

Hazırda oxunan: Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

602210

Səhiyyə Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunda fəaliyyət göstərən "Verteba” klinikasında yoxlama keçirilib.

Bizim.Media “Teleqraf.az”a istinadən xəbər verir ki, keçirilən yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan "fizioterapevtik” işi üzrə masaj proseduralarının həyata keçirilməsi aşkar edilib.

Həmin fəaliyyət Səadət Nəsibova, Urqaya Rzayeva və Pəri Nərimanova tərəfindən həyata keçirilib.
 

Nəticədə nazirlik tərəfindən klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi üzrə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, "Verteba” klinikası 6000 manat cərimələnib.


Qeyd edək ki, "Vertebra” Onurğa Tibb Mərkəzinin baş həkimi İradə Hacıyevadır. Holdinqin rəhbəri isə İlqar Əliyevdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO