Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

Hazırda oxunan: Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

602206

Builki Novruz çərşənbələrində ümumilikdə üç nəfər tonqalda xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yayıb. 

Bildirilib ki, Su çərşənbəsində (fevralın 24-ü) Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 yaşlı yeniyetmə və Nizami rayonunda 9 yaşlı azyaşlı xəsarət alıb.

Torpaq çərşənbəsində (martın 17-si) isə 9-cu mikrorayon ərazisindən 2018-ci il təvəllüdlü azyaşlı üçün çağırış qeydə alınıb.
 

Su çərşənbəsində bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxslərə zəruri ixtisaslı tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar.


Ötən gün qeydə alınan çağırışda isə xəsarət alan azyaşlıya təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib. (report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO