Narkotik təsiri altında taksi sürən şəxs tutuldu

Narkotik təsiri altında taksi sürən şəxs tutuldu

Hazırda oxunan: Narkotik təsiri altında taksi sürən şəxs tutuldu

60219

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, şəhər sakini İ.Vəliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Taksi sürücüsü Bakıda 3 məktəbli qıza seksual hərəkətlər etdi


Onun narkotik vasitənin təsiri altında olmasına dair şübhələr olduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən sürücünün marixuana qəbul etdiyi sübuta yetirilib.

İ.Vəliyev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO