Ağdərəyə növbəti köç: Daha 41 ailə doğma yurduna qovuşdu - FOTO

Ağdərəyə növbəti köç: Daha 41 ailə doğma yurduna qovuşdu - FOTO

Hazırda oxunan: Ağdərəyə növbəti köç: Daha 41 ailə doğma yurduna qovuşdu - FOTO

602058

Martın 17-də Ağdərə rayonuna növbəti köç olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, rayonun Aşağı Oratağ kəndində sakinlərə mənzillərin açarları təqdim olunub.
 

Bu gün Ağdərənin 5 kəndinə, ümumilikdə, 41 ailə olmaqla 201 nəfər köçürülüb. Rayonun Aşağı Oratağ kəndinə 108 nəfərdən ibarət 21 ailə, Çıldıran kəndinə 13 nəfərdən ibarət 3 ailə, Çapar kəndinə 17 nəfərdən ibarət 4 ailə, Həsənriz kəndinə 29 nəfərdən ibarət 6 ailə, Heyvalı kəndinə isə 34 nəfərdən ibarət 7 ailə doğma yurduna qayıdıb.


Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, həmçinin mərhələli köç prosesi barədə məlumat verib.

Bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq bölgədə geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ardıcıl şəkildə təmin olunur.

Yeni köçürülən sakinlər yaradılan şəraitə görə minnətdarlıqlarını bildirərək, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO