Bu şəxslərə mənzil verildi - FOTO

Bu şəxslərə mənzil verildi - FOTO

Hazırda oxunan: Bu şəxslərə mənzil verildi - FOTO

601972

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şirvan şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 35 mənzil verilib.

Bizim.Media xəbər verir ki, Şirvanda, MİDA yaşayış kompleksində mənzillərin təqdim edilməsi tədbirində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev bildirib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və ildən-ilə uğurla davam etdirilir.
 

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi əsasında bu proqram 5 dəfə genişlənib.


Qeyd edilib ki, postmüharibə dövründə bu kateqoriyadan olan vətəndaşlara 7300-ə yaxın, ümumilikdə isə ötən illər ərzində 16 mindən çox mənzil və fərdi ev verilib. Bununla yanaşı, qeyd edilən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlərin məbləği də orta hesabla 2 dəfədən çox artırılıb.

Yeni mənzillərlə təmin olunan şəxslər onlara göstərilən diqqət və qayğıya, xüsusilə də Novruz və Ramazan bayramları ərəfəsində yeni mənzillə təmin olunmalarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO