Novruz bayramının İlaxır çərşənbəsi günü şimal bölgəsində yağıntılı və şaxtalı hava müşahidə edilir.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayaraq dağlıq ərazilərə çərşənbə qarı yağıb.
Hazırda Qubanın Qrız və Qusarın Ləzə kəndlərində 2 sm qar var.
Qrızda -2 dərəcə şaxta qeydə alınıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






































































































