Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

Hazırda oxunan: Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb

601910

Abşeron rayonunda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
 

İlkin məlumata görə, 1988-ci il təvəllüdlü Xəyalə Əliyeva səhhətində yaranan narahatlıq səbəbindən Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bildirilib ki, tibb müəssisəsində ona iynə vurulub.


Qadın daha sonra yaşadığı evə qayıtsa da, bir müddət sonra vəziyyəti qəfil pisləşib. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO