Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
“Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.
Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib”, - QMİ-dən bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:15 / 16.03.2026
Bayram namazının vaxtı AÇIQLANDI
Hazırda oxunan: Bayram namazının vaxtı AÇIQLANDI
Hazırda oxunan: Bayram namazının vaxtı AÇIQLANDI
601786
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































