İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

Hazırda oxunan: İsrailə raket hücumu nəticəsində soydaşımız YARALANDI – ÖZƏL

601782

Tel-Əviv şəhərində baş verən partlayış zamanı Azərbaycanın Astara rayonundan olan qadın yaralanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Məmmədova Tarifə Nəcimməddin qızı İranın İsrailə raket hücumları zamanı baş verən partlayış nəticəsində qolundan xəsarət alıb. 

Hadisə İranın İsrail ərazisinə hücumları zamanı Tel-Əvivdə qeydə alınıb.

Əslən Astara rayonundan olan Tarifə Məmmədova təxminən 18 ildir İsraildə yaşayır və İsrail vətəndaşlığına malikdir. İki uşaq anası olan həmyerlimizin hazırda vəziyyətinin sabit olduğu bildirilir.
 

Yaralanan qadın hazırda müalicə alır və vəziyyəti qənaətbəxş qiymətləndirilir. Bildirilir ki, o, imkan yaranacağı halda Azərbaycana qayıtmağı planlaşdırır və hazırda ölkəyə dönmək üçün uyğun şəraiti gözləyir.


Xatırladaq ki, martın 9-da Azərbaycan vətəndaşı Amid Murtuzov İsrailin Yehud şəhərinə endirilən zərbə nəticəsində həyatını itirib. 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO