Ananın nəzarətsiz qoyduğu körpə ilə bağlı araşdırma başladı

Ananın nəzarətsiz qoyduğu körpə ilə bağlı araşdırma başladı

Hazırda oxunan: Ananın nəzarətsiz qoyduğu körpə ilə bağlı araşdırma başladı

60162

Gəncə şəhərində anasının baxılması üçün qonşulara verdiyi üç aylıq körpə səhhətində problem yarandığından xəstəxanaya yerləşdirilib, polis araşdırmalara başlayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərarəti yüksək olan oğlan uşağına həkimlər tibbi yardım göstərib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı araşdırmalara başlanılıb:

"Araşdırma zamanı məlum olub ki, üç aylıq körpə - T.Murquzovun səhhətində problem yaranması səbəbindən vətəndaş tərəfindən təcili tibbi yardım briqadası çağırılıb və uşaq xəstəxanaya yerləşdirilib. Məlum olub ki, körpə anası S.Murquzovanın himayəsindədir. Qadından ayrılan uşağın atası isə ölkə xaricindədir.
 

MÖVZU İLƏ BAĞLI:

Neftçalada yeni doğulmuş körpə meyiti tapıldı


Vətəndaşların bildirdiyinə görə, qadın hələ ki tam dəqiq bilinməyən səbəblərdən övladına lazımi şəkildə baxmır və körpəni qonşular saxlayır. Artıq əməkdaşlarımız tərəfindən uşağın anası ilə profilaktik söhbətlər edilib.

Qadın səhvini anladığını və körpəyə lazımi şəkildə nəzarət edəcəyini deyib. Buna baxmayaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcək və son qərarı onlar verəcək", - deyə əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO