Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

Hazırda oxunan: Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

601464

Lənkəranlı məktəblilər insan həyatını mina təhlükəsindən qorumağa kömək edən “ağıllı çəkmə” layihəsi hazırlayıblar.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Lənkəran rayonunun Boladi kəndində yerləşən Nahir Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı “Əsgəri minadan xəbərdar edən ağıllı ayaqqabılar” layihəsi ilk gündən alimlərin və hərbi texnologiya üzrə mütəxəssislərin diqqətini cəlb edib.
 

Şagirdlərin bildirdiyinə görə, layihənin əsas məqsədi əsgərlərin təhlükəsizliyini artırmaqdır. Bunun üçün ayaqqabının alt hissəsinə xüsusi mina aşkarlayan qurğunun prototipi yerləşdirilib. Sistem əsgər addım atmadan əvvəl, təxminən 6–8 santimetr məsafədə torpağın altında metal mina və ya metal cisimlərin olub-olmadığını müəyyənləşdirə bilir.


Layihə müəllifləri qeyd edirlər ki, döyüş şəraitində hərbçilərin diqqəti əsasən əməliyyatlara yönəldiyi üçün ayaqlarının altındakı təhlükəni ayrıca yoxlamaq çətin olur. Bundan başqa, mövcud mina detektorlarının ağır olması əsgərlərin həm silah, həm də detektoru eyni vaxtda rahat istifadə etməsinə mane yaradır.

Hazırlanan “ağıllı çəkmə” isə hər bir əsgərin fərdi mina xəbərdarlıq vasitəsi kimi istifadə oluna bilər.
 

Şagirdlərə dəstək göstərən məktəbin fizika müəllimi Seyran Əliyev bildirib ki, sistem minalanmış ərazidə hərəkət zamanı ayaqqabı torpağa tam toxunmamış metal mina ehtimalını aşkar edir və istifadəçiyə səs, vibrasiya və ya işıq siqnalı ilə xəbərdarlıq edir.


Bundan əlavə, ayaqqabıya yerləşdirilən piezo element addım zamanı yaranan enerjini elektrik enerjisinə çevirərək batareyaların doldurulmasına və cihazın fasiləsiz işləməsinə imkan yaradır.

Qeyd edək ki, layihə “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsində qızıl medala layiq görülüb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO