Sosial şəbəkələr üzərindən həyata keçirilən alış-verişlər istehlakçı hüquqlarının pozulması riskini artırır.
Bizim.Media xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, bəzi istehlakçılar sosial şəbəkələrdə hüquqi statusu və əlaqə məlumatları olmayan hesablar vasitəsilə kartdan-karta köçürmə yolu ilə alış-veriş həyata keçirirlər:
"Belə hallarda qarşı tərəf sahibkar kimi tanınmadığı üçün istehlakçı hüquqlarının qorunması çətinləşir və hüquqları pozulan şəxslərin müraciətlərinə baxılması zamanı müəyyən çətinliklər yaranır. İstehlakçılara alış-veriş zamanı satıcının hüquqi statusunu və əlaqə məlumatlarını yoxlamağı, rəsmi satış kanallarına üstünlük verməyi tövsiyə olunur".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:54 / 12.03.2026
Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ
Hazırda oxunan: Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ
Hazırda oxunan: Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ
601090
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































