Xəbər verildiyi kimi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri arasında insident yaşanıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə institutun həkimləri - Ağca Abbasova və Fizuli Əliyev arasında xəstələrin gözü qarşısında mübahisə əks olunub.
Hadisəni lentə alan Fizuli Əliyev qadın həkimin onu təhqir etməsinə etirazını bildirib. Bu zaman Ağca Abbasova həmkarını xəstəyə tibbi yardım göstərərkən onu öldürməkdə ittiham edib.
Beləliklə iki həkim arasında qalmaqal böyüyüb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda həkimlər xəstələrin gözü önündə bir-birini TƏHQİR ETDİLƏR: “Qızın yaşındadır, niyə otağa salmışdın?” - VİDEO
Məsələ ilə bağlı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Bizim.Media-ya bildirilib ki, sözügedən indidentlə bağlı yayılan görüntülərdən xəbərdardırlar və araşdırmalara başlanıb.
Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyəti ən çox tənqid edilən tibb müəssisələrindəndir. Xəstəxananın Diaqnostika Laboratoriyasının şöbə müdiri ilə işçiləri arasında bitməyən qalmaqal məhkəmə müstəvisinə qədər gedib çıxıb.
Alçina Amilqızı, Bizim.Media