Razi Nurullayev: “Fermerlər bir il əvvəl hansı məhsul baha olubsa, onu əkirlər”

Razi Nurullayev: “Fermerlər bir il əvvəl hansı məhsul baha olubsa, onu əkirlər”

Hazırda oxunan: Razi Nurullayev: “Fermerlər bir il əvvəl hansı məhsul baha olubsa, onu əkirlər”

600896

“Biz kənd təsərrüfatı haqqında çox danışırıq, çox proqramlar qəbul edirik, çox hesabatlar eşidirik. Amma gəlin özümüzə bir sual verək: bu qədər proqramlara, süni zəka tətbiqlərinə və ayrılan vəsaitə baxmayaraq niyə Azərbaycan hələ də bir çox ərzaq məhsullarını idxal edir? Niyə torpağı olan ölkə bəzən bazarda kartof, soğan və buğda qiymətlərinin dalğalanması ilə üz-üzə qalır?”

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.

O bildirib ki, görülən işlərə və səylərə baxmayaraq, sistemli və uzunmüddətli planlaşdırma hələ də tam formalaşmayıb:

“Bu gün ölkədə minlərlə hektar torpaq ya ümumiyyətlə əkilmir, ya da heç bir aqrar strategiyaya uyğun olmadan əkilir. Fermer hansı məhsulun ölkə üçün daha çox lazım olduğunu düşünmür, düşünə də bilmir. O, sadəcə bazarda bir il əvvəl hansı məhsul baha olubsa, onu əkir. Nəticədə bir il kartof çox olur, qiymət düşür və fermer ziyana düşür. Digər il isə kartof az olur və bazar idxaldan asılı vəziyyətə düşür. Belə olan halda biz planlı istehsal yox, təsadüfi istehsal modeli ilə qarşılaşırıq”.

Deputat süni intellektlə bağlı yeniliklərin sadə fermerlərə çatmadığını qeyd edib:
 

“Təqdimatdan görünür ki, artıq 30 modul üzrə süni intellekt əsaslı xidmətlərin tətbiqinin nəzərdə tutulur və bu rəqəmsal transformasiya həqiqətən təqdirəlayiqdir. Amma bu xidmətlər yüz minlərlə sadə fermerə çatırmı, yoxsa əsasən böyük aqroparklar və iri təsərrüfatlar bundan istifadə edir?


Mən bölgələrdə müşahidə edirəm ki, sadə fermerlərin bu xidmətlərə çıxışı ya çox zəifdir, ya da demək olar ki, yoxdur. Təqdimatlar, xidmətlər rəngli şəkildə göstərilir və kabinetlərdə, təqdimat zallarında hər şey çox gözəl görünür. Amma, o rənglər və gözəlliklər kənddə yaşayan sadə fermerə çata bilmir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO