Deputat: “Kənddə 12 sot torpağım var, buradan idarə edirəm”

Deputat: “Kənddə 12 sot torpağım var, buradan idarə edirəm”

Hazırda oxunan: Deputat: “Kənddə 12 sot torpağım var, buradan idarə edirəm”

600889

“Bu gün mənim kənddə 12 sot torpağım var, mən də onu buradan idarə edirəm. Hansı dərmanı nə vaxt verilməsini, verilməməsini və digər məsələləri həll edirəm. Niyə bu il o limonların balaca olduğunu fikirləşirəm”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov parlamentin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Komitə sədri: “Astarada naringilər sahələrdə qalıb, satış üçün yer tapılmır”


Deputat kənd təsərrüfatı sahəsində mütəxəssislərin az olması məsələsinə də toxunub:

“O qədər ali təhsil ocaqlarımız var. Qoy, gələcəkdə mən Türkiyədə olan həmkarımdan zəng edib soruşmayım ki, bu niyə balaca oldu, hansı dərmandan istifadə etməliyəm və s. Niyə bizimkilər kifayət qədər pulu kənardan gələn bağbana verir? Verməsinlər. Burda mütəxəssis yetişdir və onu əldə eləsin. Biz alma ilə bağlı öyünə bilərik. Almanın bu il qiyməti normal qalıb. Amma bu, təkcə tərəvəz və meyvə olmasın. O, qida olsun, çörək qədər aktual olsun”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO