123 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər avtobus tapa BİLMİR

123 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər avtobus tapa BİLMİR

Hazırda oxunan: 123 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər avtobus tapa BİLMİR

600880

Sumqayıt–Azadlıq istiqamətində hərəkət edən 123 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı var.

Bununla bağlı Bizim.Media-ya şikayət daxil olub. Sərnişinlərin sözlərinə görə, marşrutun hərəkət məsafəsi uzun olsa da, xəttə buraxılan bəzi avtobusların kiçik ölçülü olması ciddi sıxlığa səbəb olur. Nəticədə Sumqayıtdan Azadlıq istiqamətinə gedən avtobuslar tez dolur və bir çox sərnişin avtobusa minə bilmir.

Sərnişinlər həmçinin bildirirlər ki, avtobusların hərəkət intervalı da bəzən 20–25 dəqiqəyə çatır ki, bu da xüsusilə pik saatlarda narazılığa səbəb olur.

Məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.

Agentlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, intervalın artmasının səbəbi günün pik saatlarında Binəqədi şosesindəki tıxacdır:

“123 nömrəli marşrut üzrə 23 kiçik və ortatutumlu avtobus 9 dəqiqə intervalla fəaliyyət göstərir. Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə, xüsusilə də Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. Qeyd edək ki, marşrut xətti üzrə avtobusların bir qismi yenidir”.

Agentliyin açıqlamasında qeyd olunub ki, sözügedən marşrutla bağlı daşıyıcı şirkətə müvafiq tapşırıqlar verilib. Bu tədbirlər görülmədiyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq:

“Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobus sayının sərnişin tələbatına uyğun artırılması, hərəkət cədvəlinə riayət olunması və avtobusların digər hissəsinin də yenilənməsi barədə tapşırıq verilib”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO