Sevgilisini bıçaqlayan şəxsə HÖKM OXUNDU

Sevgilisini bıçaqlayan şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Sevgilisini bıçaqlayan şəxsə HÖKM OXUNDU

600863

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Taryel Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınıb.

İttihama görə, Taryel Bəkirov 29 dekabr 2025-ci il tarixdə gecə saat 03 radələrində yaşadığı Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evində sərxoş vəziyyətində olub. Həmin vaxt onunla qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı, zərərçəkmiş Maya Dadaşova (adı, soyadı şərtidir) da sərxoş vəziyyətdə olub. Gecə saatlarında zərərçəkmiş şəxs birlikdə yaşadıqları evdən çıxıb getmək istədiyini bildirib. Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində narazılıq yaranıb və mübahisə başlayıb.
 

Mübahisə zamanı təqsirləndirilən şəxs həmin vaxt mətbəx bıçağı ilə qadının bel nahiyəsindən bir dəfə qəsdən zərbə endirib. Nəticədə Maya bel nahiyəsinin sağ yarısında deşilmiş-kəsilmiş yara xəsarəti alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və dərəcəsinə görə yüngül bədən xəsarəti kimi qiymətləndirilib.


Hadisədən sonra Taryel Bəkirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Məhkəmədə ifadə verən Maya Dadaşova hazırda Taryellə barışdığını, ona olan ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını qeyd edib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO