“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı

“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı

Hazırda oxunan: “TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı

600859

“TikTok” sosial şəbəkəsində əvvəllər münasibətdə olduğu şəxslə intim görüntülərini yayan 1997-ci il təvəllüdlü S.Məmmədov (şərti soyadlı) inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları həmin şəxsin saxta profillə əxlaqazidd hərəkətlərini müəyyən edib.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib.
 

Bildirilib ki, S.Məmmədov fevarlın 26-da “Tiktok”da “e tahir elekberon 2” adlı saxta hesab yaradıb və A.Xəlilova ilə olan şəkilləri sosial şəbəkədə paylaşmaqla cəmiyyətə açıq hörmətsizlik ifadə olunan hərəkətlər nümayiş etdirib.


O, məhkəmədəki ifadəsində zərərçəkmiş şəxslə barışıq əldə etdiyini deyib. A.Xəlilova da keçmiş sevgilisini bağışladığını bildirib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə S.Məmmədov 500 manat cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO