Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri arasında xoşagəlməz hal yaşanıb.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə institutun həkimləri - Ağca Abbasova və Fizuli Əliyevin mübahisə etdiyi görünür.
Onlar xəstələrin yanında bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. Hadisəni lentə alan Fizuli Əliyev xəstələrin yanında həkimin onu təhqir etməsinə etirazını bildirib.
Bu zaman Ağca Abbasova F.Əliyevin xəstəyə tibbi yardım göstərərkən onu öldürdüyünü bildirib:
“Reanimasiyadakı xəstəyə drenajı qoydun, enfizema oldu, öldü”.
İttihamlar arasında Aytac adlı xanımın həkimin otağında olması da səsləndirilib.
“Xalqın qızıyla oturdun burada günlərlə. Sən o qızın atası yaşındasan. Niyə o qızı otağına salıb saatlarla danışırdın?”, - deyə A.Abbasova bildirib.
Sosial şəbəkələrdə yayılan videonu təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 14.02.2022
Bakıda həkimlər xəstələrin gözü önündə bir-birini TƏHQİR ETDİLƏR: “Qızın yaşındadır, niyə otağa salmışdın?” - VİDEO
Hazırda oxunan: Bakıda həkimlər xəstələrin gözü önündə bir-birini TƏHQİR ETDİLƏR: “Qızın yaşındadır, niyə otağa salmışdın?” - VİDEO
Hazırda oxunan: Bakıda həkimlər xəstələrin gözü önündə bir-birini TƏHQİR ETDİLƏR: “Qızın yaşındadır, niyə otağa salmışdın?” - VİDEO
60077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.