Ramazan bayramının unudulan MAHİYYƏTİ – Hansı adətlər QORUNUR?

Ramazan bayramının unudulan MAHİYYƏTİ – Hansı adətlər QORUNUR?

Hazırda oxunan: Ramazan bayramının unudulan MAHİYYƏTİ – Hansı adətlər QORUNUR?

600769

Azərbaycan cəmiyyətində dini dəyərlərin xüsusi yeri var. Dini dəyərlərin ən geniş şəkildə yaşandığı, vacib hesab edildiyi dövrlərdən biri də Ramazan ayı və onun sonunda qeyd olunan Ramazan bayramı günləridir. Bu il ölkəmizdə martın 20 və 21-i Ramazan bayramı qeyd olunacaq.

Ramazan ayı boyunca insanlar yalnız oruc tutmaqla kifayətlənməməli, eyni zamanda yardımlaşma, mərhəmət və birlik kimi dəyərləri daha çox ön plana çıxarmalıdırlar.

Ramazan bayramı bu müqəddəs ayın mənəvi yekunu kimi qeyd olunur, insanlar bir-birini ziyarət etməli, süfrələr açılmalı, həyatdan köçmüş insanların ruhuna dualar oxunmalıdır. Sadalananların bəzisi qeyd olunsa da bəziləri unudulur, mahiyyəti yaddan çıxır.

Bəs ölkəmizdə, Azərbaycan ailələrində bu bayramın hansı adətləri daha çox qorunur?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən ilahiyyatçı Tural İrfan deyib ki, bu ay ibadətlə yanaşı həm də yardımlaşma ayıdır:

“Ramazan ayı mərhəmət və səxavət ayıdır. Bu ayda ibadətlərlə yanaşı insanlar sosial münasibətləri də istiləşdirməli, yardımlaşmağa tələsməlidir.
 

Təəssüf ki, bəzi bölgələrimizi çıxmaq şərti ilə Ramazan ayı mahiyyəti üzrə qeyd olunmur. Yəni adamların çoxu bu ayı fəqət özlərinin ac qalaraq namaz qılmaları ilə yekunlaşdırırlar. Hətta bəziləri iftar menyularını satışa çıxarıb bu ayın ruhuna xələl gətirirlər.


Amma bəzi rayonlarda camaatı bir-birinə maddi, mənəvi dəstək olmağa çalışır. Əslində bu ayda adamlar daha çox xeyirxahlıq etməli, kasıblara, xəstələrə dəstək olmalıdırlar”.

İlahiyyatçı bildirib ki, iftar süfrəsi kasıblara açılmalıdır:

“Ramazan təkcə özün üçün dua edib oruc tutmaq ayı deyil. İctimai fayda vermək ayıdır. Bəziləri səxavət göstərmək əvəzinə ticarət edirlər.
 

Fürsətdən istifadə edib maddi qazanc əldə etməyə can atırlar. Halbuki bu ay mənəvi qazanc ayıdır. İftar süfrəsi əsasən kasıblara və oruc tutmasa belə miskin adamlara açılmalıdır, təmənnasız olmalıdır. Şəhidlər üçün ehsan süfrələri açılmalıdır.


Bayram günləri hər ailə öz maddi imkanı daxilində maksimum həddə fitrə verməlidir ki, kasıblar da sevinsin”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO