Əli Əliyevin şikayəti təmin olunmadı – HƏBSDƏ QALDI

Əli Əliyevin şikayəti təmin olunmadı – HƏBSDƏ QALDI

Hazırda oxunan: Əli Əliyevin şikayəti təmin olunmadı – HƏBSDƏ QALDI

60072

Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi keçirilib.

Bizim.Media xəbər verir ki, məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb. Bununla da Əli Əliyev barəsindəki həbs qərarı qüvvədə qalıb. 

Qeyd edək ki, Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasını mümkün olmadığını demişdi. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət vermişdilər.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Ə.Əliyev 5 ay müddətə azadlıqdan məhrum edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO