Xərçəngin dərmanı bu heyvanda imiş

Xərçəngin dərmanı bu heyvanda imiş

Hazırda oxunan: Xərçəngin dərmanı bu heyvanda imiş

600673

Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrinə qarşı təsir göstərə bilən bakteriyalar aşkar ediblər. Araşdırma Japan Advanced Institute of Science and Technology (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr "Gut Microbes" jurnalında dərc olunub.

Bizim.Media xəbər verir ki, tədqiqat çərçivəsində alimlər vəhşi amfibiyalar və sürünənlərin mikrobiotasını araşdırıblar.
 

Onlar "Dryophytes japonicus"növünə aid yapon ağac qurbağalarının, həmçinin yapon tritonlarının və çevik kərtənkələlərin bağırsağından ümumilikdə 45 bakteriya ştammı ayırıblar.


Laboratoriya sınaqları zamanı bu bakteriyalardan 9-nun xərçəng hüceyrələrinə qarşı güclü təsir göstərdiyi müəyyən edilib.

Ən yüksək nəticə qurbağaların bağırsağında aşkar olunan Ewingella americana bakteriyasında qeydə alınıb. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu bakteriyanın damar daxilinə bir dəfə yeridilməsi kolorektal xərçəng şişinin bütün sınaq heyvanlarında tam yox olmasına səbəb olub.

Bildirilir ki, əldə olunan nəticə bəzi hallarda immunoterapiya və kimyaterapiya kimi standart müalicə üsullarından daha təsirli olub.
 

Alimlərin sözlərinə görə, bakteriya iki istiqamətdə fəaliyyət göstərir. O, şişin oksigeni az olan mühitində toplanaraq xərçəng hüceyrələrini birbaşa məhv edir, eyni zamanda immun sistemini aktivləşdirərək orqanizmin şişə qarşı müdafiəsini gücləndirir.


Tədqiqatçılar bildirirlər ki, gələcək mərhələdə bu üsulun digər xərçəng növlərində də sınaqdan keçirilməsi və insanlarda tətbiqi üçün daha təhlükəsiz metodların hazırlanması planlaşdırılır. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO