Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - VİDEO

Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - VİDEO

Hazırda oxunan: Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - VİDEO

600637

Son zamanlar nömrələrin oğurlanması kimi hallarla qarşılaşan xeyli insan var. Dələduzlar nömrənin birini oğurlayıb vətəndaşdan bunun müqabilində pul tələb edirlər. Təbii ki, nömrə itirənlər də az deyil. Belə olan halda isə vətəndaşın bir çıxış yolu var.

Bizim.Media “Baku TV”yə xəbər verir ki, millət vəkili Elşad Musayev məsələyə belə aydınlıq gətirib:

"Dövlət qeydiyyat nişanı itəndə bizdə o dövlət qeydiyyat nişanının dublikatı verilmir ki, bu da ilk növbədə təhlükəsizliklə bağlı məsələdir. Yəni əgər dövlət qeydiyyat nişanı itibsə, bir adam onun dublikatını, deyək, aldı, ondan istifadə etdi. Nəzərə alaq ki, bir başqası da o qeydiyyat nişanını götürür, o da ondan istifadə edir".

Ekspertlər deyirlər ki, bununla bağlı qanunda müəyyən dəyişikliklər etmək lazımdır. Çünki artıq şəhərin hər bir nöqtəsində nəzarət kameraları var.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO