Ötən gün Qəbələdə baş verən güclü yanğının səbəbi məlum olub. Rayonun Vəndam qəsəbəsində yerləşən bazarda baş verən yanğına səbəb qaz balonu imiş.
Bu barədə Bizim.Media-ya Vəndam qəsəbə ərazi nümayəndəsi İlham Bağırov məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Vəndam bazarındakı yanğın söndürüldü – YENİLƏNİB - VİDEO
Onun sözlərinə görə ehtimal edilir ki, yanğının çıxmasına səbəb bazarda istifadə olunan qaz balonunun qəfil alışması olub:
“Hazırda hadisə yerində ekspertiza qrupu işləyir. Daha dəqiq məlumat onların araşdırmasından sonra ortaya çıxacaq. Mağaza sahiblərinə nə qədər ziyan dəyməsi ilə bağlı məlumatım yoxdu. Hər halda aidiyyəti qurumlar bu barədə dəyərləndirmələr aparıb nəticəni ictimaiyyətə açıqlayacaqlar”.
Xatırladaq ki, yanğın Qəbələnin ən böyük qəsəbələrindən biri olan Vəndamdakı bazarda baş verib. Bazarda yerləşən 11 mağaza yanıb.
Alçina Amilqızı, Bizim.Media