Kürdəmirdə fərdi yaşayış evi yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 150 kv metr olan 4 otaq və mətbəxdən ibarət olan ev anidən alışıb. Nəticədə evin 105 ov metri əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Evin 45 kv.metr hissəsi yanğından mühafizə olunub.
Yanğının qaz sızmasından baş verdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.








Bizim.Media, Aran bürosu





























































































