Masallı rayonunda avtomobilin daş hasara çırpılması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə ötən gecə rayonun Mahmudavar kəndində baş verib.
Masallı rayon sakini, 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı daş hasara çırpılıb.
Qəza nəticəsində O.Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:29 / 09.03.2026
Masallıda AĞIR QƏZA – 21 yaşlı gənc həyatını itirdi – FOTO
Hazırda oxunan: Masallıda AĞIR QƏZA – 21 yaşlı gənc həyatını itirdi – FOTO
Hazırda oxunan: Masallıda AĞIR QƏZA – 21 yaşlı gənc həyatını itirdi – FOTO
600489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































