Gəncədə ictimai iaşə obyektlərindən birində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Şəhərin Abbas Səhhət küçəsində yerləşən kafelərdən birində anidən yanğın başlayıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Xidmətinin Gəncə Regional Mərkəzinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.
Yanğın söndürülüb, alovun kənar tikililərə keçməsinin qarşısı alınıb. Alov söndürülsə də, ümumi sahəsi 100 kvadratmetr olan obyekt içərisindəki əşyalarla birlikdə tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu































































































