Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin müəyyən hissəsi piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində baş verir. Son ilə aid rəsmi statistika olmasa da əvvəlki illərdə aidiyyatı qurumlar sürücü və piyadaların qayda pozması nəticəsində qeydə alınan qəzaların sayın açıqlayıb.
Bakı kimi böyük şəhərlərdə piyadaların yeraltı və yerüstü keçidlərdən istifadə etməməsi, avtomobil yollarını qısa məsafədən keçmək istəyi tez-tez qəzalarla nəticələnir. Piyadaların yerüstü piyada keçidindən istifadə etməməsinin də müəyyən səbəbləri olur. Belə ki, yaşlılar eskolatorların işləmədiyini, pilləkənləri qalxa bilmədiklərini əsas gətirirlər.
MÖVZU İLƏ BAĞLI:
Həm sürücülər, həm də piyadalar təhlükə ilə üzləşirlər: KİM HAQLIDIR? - VİDEO
Lakin istənilən halda qaydalar həm sürücüləri, həm də piyadaları düşündürməlidir.
Azərbaycanda piyadaların məsuliyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Məcəllənin müvafiq maddələrinə əsasən, piyadalar yol hərəkəti qaydalarını pozduqda inzibati məsuliyyət daşıyırlar. Qanuna görə, yolun müəyyən edilməmiş hissəsindən keçən piyadalar cərimə oluna bilər.
Mövzu barədə nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov Bizim.Media-ya danışıb.
Onun sözlərinə görə, piyadaların səhvi ucbatından baş verən qəzalar, adətən, işıqlanmayan yollarda, nizamlanmayan piyada keçidlərində, piyada keçidlərindən düzgün istifadə etməyəndə, yüksək sürətli nəqliyyat vasitələrinin hərəkət etdiyi yollarda və yaxud yaşayış məntəqələrinin daxilindən keçən işıqlanmayan və ya işıqlanan yollarda olur:
“Qapısı açıq nəqliyyat vasitəsini idarə etmək, necə gəldi, harda gəldi yollardan keçmək, avtobusların önündən keçmək, ara məsafəsini nəzərə almadan piyada zolaqlarından hərəkət etmək risk yaradır”.
Günay Şahmar, Bizim.Media































































































