Dayısının məzarından oğurluq edən şəxs saxlanıldı

Dayısının məzarından oğurluq edən şəxs saxlanıldı

Hazırda oxunan: Dayısının məzarından oğurluq edən şəxs saxlanıldı

60034

Dayısının məzarından oğurluq edən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxil İşlər Nazirliyindən məlumat verilib. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər rayon sakini saxlanılıb. Aparılan araşdırmalarla onlardan üçünün oğurluq əməlinin də üstü açılıb. 

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş B.Verdiyev saxlanılıb.

Araşdırmalarla onun ayrı-ayrı vaxtarda və rayonun müxtəlif ərazilərində 7 avtomobildən maqnitafon oğurladığı müəyyən edilib. 

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran rayonunun Kərgəlan kənd qəbristanlığından dayısınının məzarının ətrafına çəkilmiş 200 manat dəyərində dəmir məhəccərləri oğurlayan R.Mirzəyev və rayon ərazisindəki evlərdən birindən 340 manat pul oğurlayan R.Mahmudov saxlanılıblar.

Şəxsi axtarış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb. 

Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər rayon sakini – N.Mustafayev, N.Ağayev, A.Həsənzadə, N.Məmmədov, V.Rəcəbov, V.Babayev, A.Bayramzadə və R.Nəsirov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO