Cəlilabadın kəndləri işıqsız qalıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dünəndən başlayan güclü külək səbəbindən Cəlilabad rayonunun üç kəndinə elektrik verilişi kəsilib.
35-10kv-luq xətlərdə açılmalar səbəbindən hazırda Dastanlı, Kötüklü və Mikayıllı kəndlərində işıqlar yanmır.
Xatırladaq ki, cənub rayonlarında güclü külək dünən axşam saat 18-dən sonra başlayıb.
Əldə etdiyimiz məlumatlara görə, müxtəlif saatlarda külək Lerik, Yardımlı, Masallı, Biləsuvar və Cəlilabad rayonlarında şiddətlənib.
Masallı ərazisində, Lerik rayonunun Şinqədulan, Yardımlının Arus, Biləsuvarın İsmətli, Cəlilabadın Cəlair kəndlərində, xüsusilə də dağlıq ərazilərdə yerləşən kəndlərdə külək daha şiddətli əsib. Elektrik verilişlərində fasilələr yaranıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:50 / 14.02.2022
Cəlilabadda bu kəndlər işıqsız qaldı – SİYAHI
Hazırda oxunan: Cəlilabadda bu kəndlər işıqsız qaldı – SİYAHI
Hazırda oxunan: Cəlilabadda bu kəndlər işıqsız qaldı – SİYAHI
60013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.