ADY-dən ÇAĞIRIŞ – “Daşı ətəyinizdən tökün” – FOTO

ADY-dən ÇAĞIRIŞ – “Daşı ətəyinizdən tökün” – FOTO

Hazırda oxunan: ADY-dən ÇAĞIRIŞ – “Daşı ətəyinizdən tökün” – FOTO

599803

Son 10 gündə ADY-nin hərəkətdə olan sərnişin qatarlarına 5 dəfə daş atılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
 

“Bu vandalizm aktları nəticəsində qatarların şüşələrində və gövdəsində çatlar, zədələr meydana gəlib. Müvafiq qaydada hüquqi qiymət verilməsi, səbəbkarların məsuliyyətə cəlb edilməsi üçün sözügedən hadisələr araşdırılır. 


Atılan hər daş təkcə qatara yox, həm də qatar heyətinə və evə, işə, dərsə, görüşə gedən sərnişinə – insan həyatına atılır.

Bir daha bu cür vandallıqları törətməkdən çəkinməyə, hamımızın sərvəti olan qatarları qorumağa çağırırıq”, - deyə məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO