Məhkəmə Qənimət Zahidov barədə qərar verdi

Məhkəmə Qənimət Zahidov barədə qərar verdi

Hazırda oxunan: Məhkəmə Qənimət Zahidov barədə qərar verdi

599796

Bakı Apellyasiya Məhkəməsində dövlət əleyhinə çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun barəsində olan qiyabi məhkəmə hökmündən verdiyi şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qənimət Zahidov yeddi il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun barəsində qiyabi hökm çıxarıb.
 

İttihama görə, Qənimət Səlim oğlu Zahidov Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.


Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində "YouTube" platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yaymaqda təqsirləndirilir. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO