Bakıda polisə silahlı müqavimət göstərən şəxsin FOTOSU yayıldı

Bakıda polisə silahlı müqavimət göstərən şəxsin FOTOSU yayıldı

Hazırda oxunan: Bakıda polisə silahlı müqavimət göstərən şəxsin FOTOSU yayıldı

59969

Xəbər verdiyimiz kimi, Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

MÖVZU İLƏ BAĞLI:

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi


Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs polis əməkdaşları tərəfindən zərəsizləşdirilib. 

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.Zərərsizləşdirildikdən sonra meyit ailəsinə təhvil verilib.

Əraziyə Səbail Rayon Polis İdarəsinin rəisi və polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı. 

Faktla bağlı araşdırmalar davam edir.

Bizim.Media azxeber.com-a istinadən Aydın Babayevin fotosunu təqdim edir:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO