Azyaşlı üzvləri olan ailə İrandan Azərbaycana gətirildi - FOTO

Azyaşlı üzvləri olan ailə İrandan Azərbaycana gətirildi - FOTO

Hazırda oxunan: Azyaşlı üzvləri olan ailə İrandan Azərbaycana gətirildi - FOTO

599584

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə bu gün səhər saatlarında İrandan təxliyə prosesi həyata keçirilib.

Bizim.Media xəbər verir ki, təxliyə olunanlar Azərbaycan vətəndaşlarından ibarət ailə olub.

Beş nəfərdən ibarət ailənin üç üzvü azyaşlıdır. Ailə sərhəd buraxılış məntəqəsində müvafiq prosedurdan keçdikdən sonra aidiyyəti üzrə yola salınıb.

Ümumilikdə isə, bu gün saat 10-dan etibarən 10 nəfər təxliyə olunub.
 

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.


Qeydiyyat prosedurlarından onlar sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO