Dubaydan ilk təxliyə reysi reallaşdı - Riskli ərazilərdən yan keçib

Dubaydan ilk təxliyə reysi reallaşdı - Riskli ərazilərdən yan keçib

Hazırda oxunan: Dubaydan ilk təxliyə reysi reallaşdı - Riskli ərazilərdən yan keçib

599578

“Belavia” aviaşirkəti Dubaydan ilk təxliyə reysini reallaşdırıb. Fevralın 28-nə bileti olan sərnişinləri gətirən təyyarə martın 4-ü səhər saatlarında Minsk Milli Hava Limanına eniş edib.

Bizim.Media Belarusun “Belta” agentliyinə istinadla xəbər verir ki, “Boeing 737-800” tipli təyyarənin göyərtəsində 189 sərnişin olub.
 

Uçuş təhlükəsizlik məqsədilə riskli ərazilərdən yan keçərək, Aktauda yanacaqdoldurma dayanacağı etməklə icra olunub.


Bildirilib ki, martın 4-ü və 5-də daha bir neçə təxliyə uçuşunun keçirilməsi planlaşdırılır. Uçuşlar Belarus Xarici İşlər Nazirliyi, səfirliklər və tur operatorları ilə əməkdaşlıq çərçivəsində təhlükəsiz şəkildə həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO