Əxlaqsız paylaşımlar edən daha 2 qadın həbs olundu, biri cərimələndi – VİDEO

Əxlaqsız paylaşımlar edən daha 2 qadın həbs olundu, biri cərimələndi – VİDEO

Hazırda oxunan: Əxlaqsız paylaşımlar edən daha 2 qadın həbs olundu, biri cərimələndi – VİDEO

599571

“TikTok”da qeyri-etik paylaşımlara görə daha 3 nəfər saxlanılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə “TikTok” sosial şəbəkəsində ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar.
 

Araşdırmalarla onların sosial şəbəkə hesablarında cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.


Müvafiq qərarlarla V.Mahmudova və L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olunub, S.Həsənova isə 750 manat cərimə edilib.

Qeyd edək ki, polis tərəfindən sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasına hüquqi qiymət verilir və məsul şəxslər barəsində müvafiq tədbirlər görülür.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO