Bir neçə xəstəlikdən əziyyət çəkən və dərdinə çarə tapılmayanlar – Səbəbi BƏLLİ OLDU

Bir neçə xəstəlikdən əziyyət çəkən və dərdinə çarə tapılmayanlar – Səbəbi BƏLLİ OLDU

Hazırda oxunan: Bir neçə xəstəlikdən əziyyət çəkən və dərdinə çarə tapılmayanlar – Səbəbi BƏLLİ OLDU

599446

Son zamanlarda çox insanın qarşılaşdığı bir vəziyyət var: eyni anda bir neçə ağrıdan əziyyət çəkir, daimi başağrılar, mədə ağırıları və allergik reaksiyalar səngimək bilmir. Səhhətindən narahat olan şəxs tibbi yardım üçün müraciət edir. Lakin dərdinin səbəbi tapılmır. "The Canadian Journal of Psychiatry" jurnalında dərc olunan statistikaya görə, belə xəstələrin 15-30 faizində tibbi səbəbdən izah olunmayan simptomlar olur. Onların test nəticələri çox vaxt tamamilə təmiz çıxır.

Bəs o zaman bu ağrılar nədən yaranır, hər hansı psixi və nevroloji problemdən qaynaqlanırmı?

Nevroloq Əli İsmayılov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu problemin adı Funksional Pozuqludur. Onun sözlərinə görə, bu, sağlamlığa ciddi təhlükə yaratmır, lakin insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır:
 

“Funksional pozuqluqlar, orqan və ya toxumalarda anatomik bir dəyişiklik olmadan, onların işləmə mexanizmində, yəni funksiyasında yaranan pozuntulardır. Bu vəziyyət tez-tez sinir sistemi, həzm sistemi və ya psixi vəziyyətlə bağlı olur. Ağır sarsıntılar, uzunmüddətli stress və gərgin işdən, eləcə də qəfil həyat tərzinin dəyişməsindən, emosional çöküntüdən yaranır.


Əsas əlamətləri, mütəmadi baş ağrıları, mədə-bağırsaq pozuntusu, qıcıqlanmış bağırsaq sindromu, dəridə xroniki səpkilər, əl və ayaqlarda uyuşma, bəzən titrəmə, diş qıcama, xroniki yorğunluq, udqunma çətinliyi, əzələ ağrısı, ürəklə əlaqəli olmayan sinə ağrısı, interstisial sistitdir”.  

Həkim qeyd edir ki, belə xəstələrə diaqnoz qoyulması çətin ola bilər; uzun müddət müayinələrdən, çoxsaylı həkim məsləhətlərindən sonra xəstə bir az depressiyaya düşür. Amma bu vəziyyətdə nevroloqla yanaşı psixoloq və dietoloqla müalicə mütləqdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO