SON DƏQİQƏ! Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI

SON DƏQİQƏ! Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI

Hazırda oxunan: SON DƏQİQƏ! Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI

599431

Xəbər verdiyimiz kimi, bir sıra verilişlərin bağlanması və bəzi müğənnilərə qadağa qoyulmasından sonra Azərbaycanda televiziya efir məkanında ciddi dəyişikliklər baş verib. Efirə daha çox sənəti, səsi və efir etikası ilə seçilən şəxslər dəvət olunur. Bu da Azərbaycan teleməkanına əlavə gözəllik qatmaqla yanaşı, tamaşaçıların zövqünü oxşayır. Verilişlərdə baş verən dəyişikliklər cəmiyyət tərəfindən təqdir olunur.

Bizim.Media “manset.az”a istinadla xəbər verir ki, baş verən hadisələr fonunda daha bir qrup müğənni və sənət adamına ciddi musiqini təbliğ etmədikləri, efir məsuliyyətinə diqqətsiz yanaşdıqları üçün efir qadağası qoyulub:

Vəfa Şərifova

Təranə Qumral

Musa Musayev

Pərvin Abıyeva

Əli Mirəliyev

Aytac Vidadi qızı

Meyxanaçı Samirə

Fərəh Samirəqızı

Ayan Babakişiyeva

Müjgan Ayxan

Aşıq Mübariz

Türkan Vəlizadə

Aytac Tovuzlu

Yaşar Qafanlı

Afaq Aslan

Sevil İsgəndərli

Elşən Xəzər

Elit star Cəmilə

Rəqqasə Aygün

Müğənni Luna

Arzu Abdulova

İsrail Məmmədov

Günel Ələkbərova (“Pişik Günel”)

Səma Abdullayeva

Səbinə Abdullayeva

Firuzə Babayeva

Arzuxanım Həsənova

Aygül Səfərova

Niqa Yılmaz

Meydan Əsgərov.


“Audiovizual Şurada televiziyaların məsul şəxsləri ilə keçirilən görüşdə hansı tapşırıqlar verilib?” sorğusuna isə Şura belə cavab verib:

“Ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının (redaksiyalarının) məsul şəxsləri ilə görüşdə Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılmışdır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO