Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu: Dağıntılar var – FOTO

Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu: Dağıntılar var – FOTO

Hazırda oxunan: Zəlzələ Şamaxı və Ağsuda evlərə ciddi ziyan vurdu: Dağıntılar var – FOTO

599389

Şamaxıda baş verən zəlzələ nəticəsində ev və obyektlərə ziyan dəyib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, baş vermiş yeraltı təkanlar nəticəsində əsasən Şamaxı və Ağsu rayonlarında dağıntılar olub.

Hadisə nəticəsində Şamaxının Bağırlı, Ovculu, Çöl Göylər, Dağ Göylər, Çarhan, Adnalı, Nüydü, Quşçu kəndlərində, Ağsu rayonunun isə Ləngəbiz, Qəşəd, Bico, Keçdiməz, Gəgəli və digər kəndlərində evlərdə təhlükəli çatlar yaranıb, yarımtikililər dağılıb. Adıçəkilən kəndlərdə onlarla evdə çatlar aşkar edilib, əhaliyə xeyli ziyan dəyib.

Xatırladaq ki, fevralın 27-də yerli vaxtla saat 15:52-də Şamaxı rayonunda 4.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO