Quba-Xınalıq yolunda sürüşmə baş verib.
Bizim.Media xəbər verir ki, yolun 54-cü kilometrliyində, Qaragüney adlanan ərazidə baş verən sürüşmə nəticəsində dağlardan qopan qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Bu səbəbdən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Yolun təmizlənməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Qısa müddətdə qaya parçaları yolun hərəkət hissəsindən təmizlənib və Quba-Xınalıq yolu avtomobillərin hərəkəti üçün açılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:43 / 03.03.2026
Quba-Xınalıq yoluna qaya parçaları töküldü
Hazırda oxunan: Quba-Xınalıq yoluna qaya parçaları töküldü
Hazırda oxunan: Quba-Xınalıq yoluna qaya parçaları töküldü
599368
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































