İnformasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununda fiziki şəxslərə özləri barədə fərdi məlumatların təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında əldə etmək imkanını məhdudlaşdıran normaya müvafiq dəyişiklər edilməsi ilə həmin məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir.
Bizim.Media xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsinin təqdimatı zamanı deyib.
"Rəqəmsallaşdırma və süni intellektin bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsirini nəzərə alaraq, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir. Bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi əsas şərtlərdəndir"- deyə Ombudsman qeyd edib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:24 / 03.03.2026
Süni intellektə görə işini itirənlərə dəstək mexanizmi YARADILA BİLƏR
Hazırda oxunan: Süni intellektə görə işini itirənlərə dəstək mexanizmi YARADILA BİLƏR
Hazırda oxunan: Süni intellektə görə işini itirənlərə dəstək mexanizmi YARADILA BİLƏR
599364
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































