Şuşa-Laçın yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, hadisə sözügedən yolun Laçın rayon ərazisində qeydə alınıb.
Belə ki, yük maşını digər yük maşınını dəmir qoşqu ilə çəkərkən idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılıb.
Ötən gün gecə saatlarında qeydə alınan hadisə nəticəsində bir nəfər Tərtər rayon sakini 1996-cı il təvəllüdlü Quluzadə Vüsal Ədalət oğlu həyatını itirib.
Bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Aşan maşından yaralı və meyitin çıxarılması üçün hadisə yerinə FHN-in xilasetmə qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

































































































