Lənkəranda 52 yaşlı kişini elektrik cərəyanı vurub. Hadisə Liman şəhəri ərazisində qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Nərimanabad qəsəbə sakini, 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyev transformatorun yerləşdiyi sahəyə daxil olan zaman onu elektrik cərəyanı vurub.
Nəticədə ağır yanıq xəsarətləri alan şəxs təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi müdaxilə göstərildikdən sonra vəziyyətinin ağırlığı nəzərə alınaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, zərərçəkənin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sabutay Nağı, Bizim.Media, Cənub bürosu




























































































