Bakıda səfirliyi yandıracağı ilə bağlı yalan məlumat verən şəxs HAKİM QARŞISINDA

Bakıda səfirliyi yandıracağı ilə bağlı yalan məlumat verən şəxs HAKİM QARŞISINDA

Hazırda oxunan: Bakıda səfirliyi yandıracağı ilə bağlı yalan məlumat verən şəxs HAKİM QARŞISINDA

598519

Bakıda İsrail səfirliyini yandırmaqla bağlı polisə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ulfan Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hazırda şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.
 

İttihama görə, 1990-cı il təvəllüdlü Ulfan Əliyev 2025-ci ilin yanvarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək İsrail səfirliyini yandıracağını, polis idarəsinə bomba qoyacağını söyləyib. O, zəng zamanı səfirliyin qarşısında 20 metr məsafədə dayanaraq "əlinə lopa alıb" səfiri yandıracağını deyib.


Ulfan Əliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə yekun ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ulfan Əliyevə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO