Hamımız sağlam həyat tərzi sürdüyümüzü deyirik. Amma bu, həqiqətən belədirmi? Özünə qayğı indi daha populyar olsa da, sağlamlığı uzun illər qorumağa kömək edən sadə məişət vərdişlərinə çox vaxt diqqət yetirilmir.
Bizim.Media xəbər verir ki, “Doktor Piter” nəşri immunoloq Yelena Paretskaya ilə birlikdə ciddi maddi xərc tələb etməyən və asan tətbiq olunan tövsiyələr hazırlayıb.
1️.Tələsmədən yeyin
Daim harasa tələsdiyimiz üçün ilk problemlər yaranır. Yeməyi tez-tələsik udmaq əvəzinə, yavaş və şüurlu şəkildə qidalanın. Beyinə toxluq siqnalını qəbul etmək üçün vaxt lazımdır. Yavaş yemək artıq kalori qəbulunun qarşısını alır.
2️.Şirə əvəzinə meyvə seçin

Təzə sıxılmış şirə belə meyvənin özündən daha az faydalıdır. Çünki şirədə lif olmur, amma şəkər daha çox olur. Meyvəni bütöv şəkildə yemək daha sağlam seçimdir.
3.Məzuniyyəti unutmayın
İstirahət hər kəs üçün vacibdir. Ailə və dostlarla vaxt keçirmək, mühit dəyişmək həm fiziki, həm də psixoloji sağlamlığa müsbət təsir edir. Araşdırmalar göstərir ki, ildə bir neçə dəfə məzuniyyət götürənlər daha uzun yaşayır və ürək xəstəliklərindən daha az əziyyət çəkirlər.
4️.Yağ lazımdır — amma düzgün yağ
Trans yağlardan (yarımfabrikat və sənaye şirniyyatlarında olur) uzaq durmaq lazımdır. Lakin sağlam yağlar rasionda mütləq olmalıdır: balıq, yumurta, süd məhsulları, qoz-fındıq, avokado, bitki yağları. Bu yağlar ürək, dəri və hormon balansı üçün faydalıdır.
5️.Daha tez yatın

Gündə ən azı 7 saat yatmağa çalışın. Həftə ərzində yuxusuz qalmanı həftəsonu “kompensasiya etmək” mümkün deyil.
6️.Stressi idarə edin

Yoqa, üzgüçülük, gəzinti, idman, musiqi — sizə zövq verən hər hansı fəaliyyət stresslə mübarizədə kömək edir. Özünüzlə tək qalmaq üçün vaxt ayırın.
7️.Qidalanmanı əvvəlcədən planlaşdırın

Sağlam qidalanmaq kifayət deyil — yemək dadlı da olmalıdır. Sabah nə yeyəcəyinizi əvvəlcədən düşünün. Qəhvə, duz və şəkəri azaldın. Əvəzində taxıl, tərəvəz, meyvə və göyərtiləri artırın.
8️.Hərəkət edin
İdman zalını sevmirsinizsə, özünüzü məcbur etməyin. Axşam parkda gəzin, uşaqlarla aktiv oyun oynayın. Hətta bir dayanacaq artıq piyada getmək belə sağlamlığa töhfədir.
9️.Musiqini qoşun və rəqs edin

Rəqs həm fiziki aktivlik, həm koordinasiya, həm yaddaş və düşüncə üçün faydalıdır. Üstəlik, müsbət enerji verir.
10.Hər il həkim müayinəsindən keçin

İllik “check-up“ı vərdişə çevirin. Erkən mərhələdə aşkar olunan problemlər daha asan müalicə olunur.
Bu sadə vərdişlər ciddi dəyişiklik tələb etmir. Amma uzun müddətdə sağlam və xoşbəxt həyat üçün böyük fərq yarada bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 25.02.2026
Uzun və xoşbəxt həyat üçün 10 sadə vərdiş - FOTO
Hazırda oxunan: Uzun və xoşbəxt həyat üçün 10 sadə vərdiş - FOTO
Hazırda oxunan: Uzun və xoşbəxt həyat üçün 10 sadə vərdiş - FOTO
598281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































