Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi

Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi

Hazırda oxunan: Marketdən araq, kolbasa oğurladı - “Yeyib-içmək istəyirdim” dedi

598066

Bakıdakı marketlərdən birindən 181 manatlıq oğurluq olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, baxış zamanı oğurlanan məhsulların 3 butulka araq, kolbasa və pendir olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı hadisə ilə bağlı 47 yaşlı R.A barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

R.A ifadəsində deyib ki, həmin gün çox ac olub. Ürəyi yeyib-içmək istədiyi üçün də mağazadan ərzaq oğurlayıb. O, hakimdən həbs edilməməsini xahiş edib.

Hakim R.A-nın maddi vəziyyətini, müəyyən xəstəliklərdən əziyyət çəkməsini nəzərə alaraq pul cəriməsi və həbs qərarı verməyib.

İnzibati xətaya görə onun barəsində 240 saat islah işləri növündə tənbeh tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO