5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti, 111 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən “Danışıq klubu”nun rəhbəri Gülbəniz Şahbazova Su çərşənbəsi münasibətilə şagirdlərlə birgə videoçarx hazırlayıb.
Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində məktəbin Sevda Cavadovanın sinif rəhbəri olduğu 2ç sinfinin şagirdləri Su çərşənbəsinin adət-ənənələri, xalq inancları və bu günün Novruz bayramına aparan yoldakı əhəmiyyəti barədə məlumatlar səsləndiriblər. Şagirdlər milli geyimlərdə çıxış edərək suyun saflıq və yenilənmə rəmzi olduğunu vurğulayıblar, bayram əhval-ruhiyyəsini əks etdirən səhnəciklər nümayiş etdiriblər.
Hazırlanan videoçarxın məqsədi şagirdlərə milli-mənəvi dəyərləri aşılamaq, Novruz ənənələrini daha yaxından tanıtmaq və onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olub. Video sosial şəbəkələrdə paylaşılaraq geniş auditoriyaya təqdim edilib.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:13 / 24.02.2026
111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan VİDEOÇARX hazırlanıb - FOTO
Hazırda oxunan: 111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan VİDEOÇARX hazırlanıb - FOTO
Hazırda oxunan: 111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan VİDEOÇARX hazırlanıb - FOTO
598040
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































